Güney Azərbaycan məsələsi Vaşinqtonda müzakirə edilir

11 Dekabr 2013 10:22 (UTC+04:00)

Güney Azərbaycan İttifaqının nümayəndələri ABŞ-da silsilə görüşlərə başlayıb.

AzNews.az xəbər verir ki, Vaşinqtonda bir həftəlik görüşlərdə senator, konqres üzvləri və onların nümayəndələri ilə Güney Azərbaycan mövzusu müzakirə ediləcək.

İlk dəfə olaraq Güney Azərbaycan siyasi təşkilatlarının nümayəndələri yüksək səviyyədə bir həftə ərzində 15 konqres üzvü ilə Güney məsələsini müzakirə edəcəklər.

Görüşlərdə Güney Azərbaycan Demokrat Partiyasının sözcüsü Mahmud Bilgin və siyasi fəal Ayda xanım Kərimli iştirak edir.

İlk görüş senator Jeff Flakenin nümayəndəsi Ben Sundholmla baş tutub. Bu görüşdə Güney Azərbaycan siyasi və ictimai vəziyyəti haqda hesabat təqdim edilib. Sundholm Güney Azərbaycan haqda çox az məlumatın olduğunu bildirib.

O, bütün məlumatları senator Jeff Flakeyə çatdıracağını və Senatda bu məsələnin müzakirəsinə çalışacaqlarını bildirib. Xüsusilə İrana qarşı sanksiyaların Güney Azərbaycan xalqına təsiri məsələsinin müzakirəyə ehtiyacı olduğunu qeyd edib.

Növbəti görüş konqresmən Ted Yohonun muavini Pyan Propis ilə keçirilib. Görüşün böyük bir hissəsi Urmu gölü ilə bağlı olub. Senatorun nümayndəsi Urmu gölününü qurudulmasına yönlik siyasəti kəskin pisləyərək Konqresin gələcək iclasında bu barədə məlumat verəcəklərini qeyd edib.

Səfər çərçivəsində senator Thad Cochranın muavini Villiam G.Todd və müaviri Timothy R.Wolvertonla olub.

Onlar İranın nüvə məsələsinin Senat və Konqresin diqqət mərkəzində olduğunu vurğulayaraq Güney Azərbaycanda baş verən hadisələrlə bağlı mütamadi olaraq senatorların məlumatlandırılmasını istəyiblər.

Güney Azərbaycan təşkilatlarının nümayəndələrinin görüşləri davam edir.

Elnarə
AzNews.az