“Rafiq özünü yaxşı hiss edir” – Həyat yoldaşı

11 Dekabr 2013 10:34 (UTC+04:00)

"Bu gün səhər saatlarında Rafiq müəllimi reanimasiyadan palataya köçürdülər. Artıq o, ayılıb və özünü yaxşı hiss edir".


Bunu AzNews.az-a xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova deyib.

O, Türkiyədən ailəsinə göstərilən diqqət və qayğıya görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib:

"Rafiq müəllimə zəng vuranların sayı-hesabı yox. Onunla görüşə yalnız yaxınlarına icazə verilir. Biz Azərbaycanın Türkiyədəki səfirliyi zəng vurub, ziyarətə gələcək. Jurnalistlərə xüsusi təşəkkür edirəm.

Elə bir gün yoxdur onlar Rafiq müəllimlə maraqlanmasınlar. Ən böyük təşəkkür isə ailəm adından Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya çatacaq.

Xanımın maliyyə dəstəyi sayəsində Rafiq bu gün ayaq üstədir. Ailəm adından Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm".

S.Hüseynova onu da bildirdi ki, R.Hüseynovun müalicəsi ilə əlaqədar 10 gündən çox Türkiyədə qalacaqlar.

Xatırladaq ki, R.Hüseynov Türkiyədə ağciyər xərçəngdən əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az