Amerikalı həmsədr Azərbaycana səfər edəcək

11 Dekabr 2013 12:23 (UTC+04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftə Bakıya gələcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi bildirib.

Həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də ölkəyə səfəri gözlənilir. Bu barədə Trend-ə çərşənbə günü Kaspşikin özü məlumat verib.

AzNews.az