Pediatr 1 milyon dollar qrant aldı

11 Dekabr 2013 22:19 (UTC+04:00)
Pakistanlı həkim-pediatr Anita Zaidi bir milyon dollar qrant alıb.
Beləliklə, o, "The Caplow Children`s Prize" mükafatının ilk laureatı olub.

ANS PRESS mükafatın rəsmi saytına istinadən bildirir ki, Zaidiyə həmin məbləğ ölkənin cənubunda bir kənddə uşaq və yeniyetmə ölümləri ilə mübarizəyə həsr ediləcək.

Mükafatın rəsmi saytında bildirilir ki, "The Caplow Children`s Prize" mükafatı 2013-cü ilin yanvarında amerikalı mühəndis, sahibkar filantrop Ted Keplou tərəfindən təsis edilib. Mükafatın məqsədi maksimum sayda uşaq həyatının xilas edilməsidir.



AzNews.az