Mandela ilə vida mərasimində qalmaqal

11 Dekabr 2013 22:47 (UTC+04:00)
Cənubi Afrikada Nelson Mandela ilə vida mərasimi keçirilərkən onun dostu, arxiyepiskop Desmond Tutunun evinə oğrular girib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, oğurluq hadisəsi zamanı arxiyepiskop dostu ilə vida mərasimində çıxış edirmiş.
Bu, Nelson Mandela ilə vida mərasimində ilk insident deyil. Bundan əvvəl mərasimdə lal-karlar üçün əl işarəsi ilə çıxışları çatdıran şəxsə qarşı ittihamlar səslənmişdi. Mərasimimn lal-kar iştirakçıları onu çevirməni düz aparmamaqda ittiham etmişdi.
Evi soyulan arxiyepiskopun N.Mandela ilə dostluğunun uzun keçmişi var. Yepiskop da aparteidlə mübarizəyə görə 1984-cü ildə Nobel sülh mükafatına layiq görülüb.
Son hadisə arxiyepiskopun evinin soyulması ilə bağlı son bir neçə ayda ikinci hadisədir.


Elnarə
AzNews.az