“Evdə it saxlamaqdansa, uşaq saxlayın“- Çağırış

12 Dekabr 2013 09:18 (UTC+04:00)
Müğənni Rövşən Civişov bəyanat verib.


Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib.

Onun fikirincə, hər bir sənət adamı evində it saxlamaqdansa uşaq evində məskunlaşan kimsəsizdən birini götürüb saxlasın:

"İstərdim ki bizim şou-biznesdə olan bir çox imkanlı müğənnilər kimsəsizlər evindəki körpələrə himayədarlıq etsinlər.

Baxmayaraq ki, dövlətimiz onlara yeterincə diqqət və qayğı göstərir, amma onların valideyin nəvazişinə böyük ehtiyacı var.

Deyə bilərlər ki, niyə məhz müğənnilər? Çünki əvvala mənim ərkim həmkarlarıma çatır. Bir cox müğənnilər evdə it, pişik saxlayır, onları əzizləyirlər, hətta bir insana lazım olan qədər pul xərcləyirlər. Onlarda Allahın yaratdığı canlılardır. Amma bunlarla bərabər imkanı olan mügənnilər bir uşaq götürüb saxlasalar dünyada ən böyük savab iş görmüş olarlar. Mən də bir uşaq götürüb saxlayacam".

Bahar
AzNews.az