Jirinovskinin adamı barda güllələndi

12 Dekabr 2013 09:30 (UTC+04:00)

Vladimir Jirinovskinin rəhbəri olduğu Rusiya Liberal Demokrat Partiyasının təmsilçisi gecə klubunda güllələnib.

Partiyanın Engels rayonunun şöbəsinin koordinatoru Aleksey Drobot gecə klubunda baş verən münaqişə nəticəsində ayağından yaralanıb. Partiya rəhbərinin "Crazy Daisy" barında yaralayan şəxsin dağıstanlı olduğu bildirilir.

Partiya təmsilçisini yaralayan şəxsin 34 yaşı olduğu bildirilsə də adı açıqlanmır.

Elnarə
AzNews.az