Rövşən Lənkəranskinin adamını Ukraynadan qovdular-VİDEO

12 Dekabr 2013 09:54 (UTC+04:00)
Ukrayna paytaxtı Kiyevdə 36 yaşlı gürcü "qanuni oğru" Mamuka Oniani saxlanılıb.

AzNews.az Rusiya mətbuatına istinadın xəbər verir ki, Ukrayna vətəndaşlığının olmasına baxmayaraq o, profilaktik söhbətdən sonra könüllü olaraq ölkəni tərk edib.

Bundan əvvəl iki dəfə odlu silah saxlamaqda ittiham edilən gürcü Mamuka Oniani kriminal aləmin xaç atası hesab edilmiş Ded Xasana düşmən klanın rəhbərlərindən hesab edilən, azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski ilə bu məsələdə həmfikir olan Tariel Onianinin qohumudur.

Hazırda İtaliyada həbs çəkən T.Onianinin qohumu Mamuka nəhayət ki, bu il "oğru ailəsi"nə qəbul edilib. İstanbulda keçirilən "sxodka"da taclandırılan M.Oniani ilə bərabər daha bir neçə nəfər "oğru" adı alıb.



Ancaq daha sonra qruplar arasında qarşıdurma yeni "qanuni oğru"ların səlahiyyətinin qəbul edilib-edilməməsi ilə bağlı mübahisələr yaradıb. Həmin "sxodka"da taclandırılan şəxslərin dəqiq sayı və tam siyahısı hələ də açıqlanmır.

Qeyd edək ki, Ded Xasan əleyhdarları olan "qanuni oğru"ların fəaliyyət üçün seçdikləri ölkələr arasında Ukrayna xüsusi yer tutur. Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Ded Xasanın düşməni kimi tanınan Rövşən Lənkəranski də 2009-cu ilin dekabrında Ukraynada həbs olunmuşdu. Həmin vaxt Azərbaycana ekstradisiya olunan R.Lənkərnaski 2 il 10 ay 19 gün həbs cəzası verilmişdi. Bəzi məlumatlara görə, Rövşən Lənkəranski hazırda ilin müəyyən hissəsini Ukraynada yaşayır. Lakin onun Ukraynada Rövşən Əliyev adına verilmiş pasportdan istifadə etdiyi bildirilir.



Elnur
AzNews.az