Milli Şuranın mitinqinə icazə verildi
12 Dekabr 2013 16:21 (UTC+04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.
AzNews.az-ın məlumatına görə, paytaxt rəhbərliyi Milli Şuranın dekabrın 15-də saat 16:00-dan 18:00-a qədər keçirmək istədiyi mitinlə əlaqədar müraciətini müsbət cavablandırıb.
BŞİH mitinq keçirilməsi üçün Yasamal rayonundakı "Məhsul" Sağlamlıq Cəmiyyətinin stadionunu məqsəduyğun hesab edib.
AzNews.az