Davudoğlu-Nalbandyan görüşü başa çatdı

12 Dekabr 2013 20:01 (UTC+04:00)
Türkiyə və Ermənistan xarici işlər nazirləri – Əhməd Davudoğlu və Edvard Nalbandyanın İrəvan görüşü başa çatıb. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, axşam saatlarında baş tutan görüş bir saat yarım çəkib.

Görüşdən sonra Nalbandyan jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Ermənistan XİN-in görüşlə bağlı bir neçə saat sonra açıqlama yayacağı bəlli olub.

Əhməd Davudoğlu isə yalnız türk jurnalistləri ilə təmasda olacağını söyləyib.


AzNews.az