Sərnişin avtobusu qəza törətdi: ölən var

13 Dekabr 2013 09:50 (UTC+04:00)
Bakıda daha bir sərnişin avtobusu ağır qəza törədib.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, Qara Qarayev prospekti 66 ünvanının qarşısında, 62 saylı xətt üzrə hərəkət edən "İsuzu" markalı, 10 TC 960 nömrəli sərnişin avtobusu 1974-cü il təvəllüdlü Abbasov Əlipaşa Sahib oğlunu vurub. Daha sonra avtobusun sürücüsü, Bakı şəhər Xətai rayon sakini, 1966-cı il təvəllüdlü Alıyev Sabir Paşa oğlu idarə etdiyi avtobusla hadisə yerindən qaçmağa çalışıb. Bu zaman avtobus xəsarət almış piyadanı 18-20 metr sürüyüb və digər avtomobilin altına atıb. 39 yaşlı Ə.Abbasov xəstəxanaya aparılarkən keçinib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.(lent.az)