Türkiyədə dəhşət: 1000 nəfər tavanın altında qaldı

13 Dekabr 2013 10:05 (UTC+04:00)
Eskişəhərdə Ovçuluq Atçılıq İxtisas Klubunun konqresinin keçirildiyi toy salonun asma tavanı çöküb. Təxminən min adamın olduğu salonda xoşbəxtlikdən ölən və yaralanan olmayıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 20.30 radələrində Mustafa Kamal Paşa Məhəlləsi Dəyirman küçəsində baş verib. Tavanın çökməsi zamanı elektrikin də kəsilməsi içəridə olan təxminən min nəfər arasında çaxnaşma yaradıb. Hadisə yerinə çox sayda təcili yardım, xilasetmə və polis qrupları cəlb edilib. Çökmənin birdən reallaşmadığı, asma tavanın tədricən çökdüyü və içəridə olanların əksəriyyətinin masa və kürsülərin altına girərək özləri qorumağa çalışdıqları və bu səbəbdən ölən və yaralananların olmadığı bildirilir.

Elman
AzNews.az