Monserat Kabalye Qarabağı “xristianlıq adası” adlandırdı

13 Dekabr 2013 10:18 (UTC+04:00)

Parisdə Monserat Kabalyeninin yeni albomunun təqdimat mərasimində qondarma DQR-in "prezidenti" Bako Saakyan da iştirak edib.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, "Ermənistan və Qarabağ: xristianlıq adaları" adlı albom B.Saakyan tərəfindən yüksək qiymətləndirilib.

M.Kabalyeyə bu alboma görə təşəkkürünü bildirən B.Saakyan onun fəaliyyətini təqdir etdiyini vurğulayıb.

Tədbirdə bütün ermənilərin katalikosu 2-ci Qaragen və din xadimləri, Şarl Aznavur, baronessa Kerolayn Koks, Fransa parlamentinin bir qrup deputatı iştirak edib.

Elnur
AzNews.az