Bu günə və sabaha olan Hava proqnozu

13 Dekabr 2013 10:55 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dekabrın 12-si gün ərzində, 13-ü səhərədək ölkə ərazisində müşahidə olunmuş hava şəraiti haqqında məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 12-si gün ərzində, 13-ü səhərədək güclü şimal-qərb küləyi əsib, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Yağıntı Biləsuvarda 27.0 mm, Göytəpədə 26.0 mm, Lənkəranda 25.0 mm, Neftçalada 24.0 mm, Kürdəmirdə 21.0 mm, Rvarudda (Lerik) 20.0 mm, İsmayıllıda 19.0 mm, Lerikdə 18.0 mm, Sabirabadda 17.0 mm, Beyləqanda 16.0 mm, Zərdabda 15.0 mm, Kəlvəz, Astarada 13.0 mm, Bərdədə 11.0 mm, Göyçay, Kürdəmirdə 10.0 mm, Qəbələdə 9.0 mm, Qazıməmməd, Altıağac, Oğuz, Mingəçevirdə 8.0 mm, Ağdərədə (Ordubad) 7.0 mm, Sarıbaş (Qax), Şəki, Zaqatalada 6.0 mm, Mərəzə, Naftalan, Yevlax, Şahbuzda 5.0 mm, Tərtər, Şərurda 4.0 mm, Daşkəsən, Xınalıq (Quba), Gədəbəydə 3.0 mm, Naxçıvan, Ordubad, Ceyrançöl, Tovuz, Şamaxı, Xaçmaz, Ağsu, Qubada 0.0-2.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 17.0 mm, Qaradağda 8.0 mm, Maştağa, Binədə 5.0 mm, Ələt, Sumqayıt, Neft Daşlarında 0.0-0.5 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda 4 sm, Qonaqkənd və Xaltanda (Quba) 65-75 sm, Xınalıqda 58 sm, Rvarudda 54 sm, Altıağacda 45 sm, Lerikdə 41 sm, Kəlvəzdə 36 sm, İsmayıllıda 31 sm, Yardımlıda 30 sm, Gədəbəydə 27 sm, Ağdərədə 26 sm, Qəbələdə 22 sm, Sarıbaş, Daşkəsəndə 20 sm, Göygöl, Qubada 14 sm, Oğuzda 13 sm, Zərdab, Naxçıvanda 11 sm, Şərur, Şahbuz, İmişli, Salyan, Göytəpə, Şəkidə 10 sm, Biləsuvarda 9 sm, Göyçayda 8 sm, Sabirabad, Zaqatala, Ağsu, Şamaxıda 6 sm, Naftalan, Lənkəranda 5 sm, Bərdə, Tərtərdə 3 sm, Mingəçevir, Kürdəmir, Cəfərxan, Xaçmaz, Neftçalada 2 sm, Gəncə, Tovuzda 1 sm olub.

Dekabrın 12-si gün ərzində şimal-qərb küləyi Şamaxıda 30 m/s, Neftçalada 26 m/s, Ağdərədə 20 m/s, Altıağac, Lənkəranda 17 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 25-27 m/s, bəzi yerlərdə 30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.0 metrə çatıb.

AzNews.az