İçməli suyun verilməsində fasilələr olacaq

13 Dekabr 2013 12:27 (UTC+04:00)
Bakının bəzi rayonlarında içməli suyun verilməsində fasilələr olacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən AzNews.az-a verilən məlumata görə, Kür-Bakı su kəmərinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar 13 dekabr 2013-cü il tarixində gün ərzində Bakının Qaradağ, Səbail, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

AzNews.az