MTRŞ: “5 milyon 300 min vəsait lazımdır”

13 Dekabr 2013 13:42 (UTC+04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən Azərbaycanda DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı dəyirmi masa keçirilib.

AzNews.az-ın xəbərinə görə, MTRŞ-nın, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, ölkədə fəaliyyət göstərən teleradio yayımçılarının nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, rəqəmsal yayımla bağlı bütün texniki məsələlər öz həllini tapıb. Gələn ildən analoq yayım dayndırılmadan, paralel olaraq rəqəmsal yayıma keçid nəzərdə tutulur.

MTRŞ-nın sədr müavini Qafar Cəbiyev deyib ki, birdən-birə anlaoq yayımı dayandırmaq olmaz: "Bu proses paralel şəkildə həyata keçiriləcək. Çünki televiziyalar hazır olsalar da, əhalinin hamısı buna hazır deyil. Nəzərə alınmalıdır ki, ölkədə 132 min az təminatli ailə var".

Q. Cəbiyev qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin rəqəmsal yayımı həyata keçirəcək televiziya cihazlarının qiyməti 40 dollardır: "Yəni 132 min ailənin həmin cihazla təmin etmək üçün 5 milyon 300 min vəsait lazımdır".

Tədbirdə televiziya nümayəndələrinə texniki imkanlarını daha da yaxşılaşdırmaları üçün tövsiyələr də verilib.

AzNews.az