Maksim Qorkinin “Titanik”də batan sevgilisi tapıldı

12 Avqust 2012 09:30 (UTC+04:00)


2000-ci ildə ABŞ – ın Florida ştatında qəribə hadisə baş verir. Okeandan üzə - üzə çıxan bir qadının geyimi hamının təəccübünə səbəb olur. Xilasetmə xidmətinin "Sən haradan gəlmisən?" sualına isə o qəribə cavab verir: " Bizim gəmimiz aysberqə dəyib deşildi, sonra batdı. Hamı öldü".

Xilasedicilər qorxuya düşüb dəniz komandanlığına xəbər verirlər. Komandanlığın məmurlarından biri şahidin yanına gəlir, son dövrlərdə heç bir gəminin batmadığını bildirir. Şahid bundan hiddətlənir və təkid edir ki, komandanlığın məlumatı səhvdir. Məmur bundan sonra şahiddən gəminin adını öyrənir. Şahidin cavabı isə məmuru şoka salır, çünki o, "Titanik"dən danışırdı.

Şahidin şəxsiyyəti müəyyən olunur- Vinni Kolts. Bu ad həqiqətən də böyük önəm daşıyırdı. Belə ki, bütün elmi-filoloji mənbələrdə onun Maksim Qorkinin sevgilisi kimi təsəvvür olunurdu. Onun "Atlantida" romanının müəllifi Herhart Haufmanla da dostluq münasibəti olduğu bilinirdi. Tədqiqatçılar üzə çıxan şahidin həqiqətən Vinni Kolts olduğuna inanmırdılar. Ta ki, onun əlində Maksim Qorkinin illərdir axtarılan, "Titanik"də olduğu zənn edilən məktubunu tapanacan... Məktubda Maksim Qorki ona "Titanik"-ə minməməyi üçün yalvarırdı.

Bundan sonra tədqiqatçılar Maksim Qorkinin şəkillərindən birini göstərir. Vinni Kolts onu tanıyır və tədqiqatçılardan xahiş edir ki, yalan danışmadığını isbat etmək üçün ona zəng vursunlar. Bundan sonra Vinni Kolts birdən – birə yoxa çıxır. Ehtimal olunur ki, onu Mərkəzi Kəşfiyyat İdarəsi "yoxa çıxarıb".


Şahlar Ruhi

AzNews.az