Yeni açılan Dədə Qorqud parkından- Fotolar

13 Dekabr 2013 14:45 (UTC+04:00)
Dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub. AzNews.az Trend-ə istinadən oxuculara yeni parkdan görüntüləri təqdim edir.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" Fərman imzalayıb.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb.

Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb.

Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb. Abidənin müəllifi heykəltəraş Görüş Babayevdir.

AzNews.az