Astarada anım mərasimi keçirilib - Foto

13 Dekabr 2013 15:30 (UTC+04:00)
Dekabrın 12-də mərhum prezident Heydər Əliyevin anım günü münasibəti ilə Astara rayonunda müxtəlif tədbirlər keçirilib. AzNews.az xəbər verir ki, Astara Pedaqoji kolleci və bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları Heydər Əliyevin anım gününə həsr edilib. Astara şəhər sakinləri gün ərzində Heydər Əliyevin abidəsini ziyarət edib. Ziyarətçilər arasında Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra başçısının müavinləri, YAP rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar da olub.

AzNews.az