İran 2 günlük matəmə büründü

13 Avqust 2012 00:14 (UTC+04:00)

Aznews.az-ın APA-ya əsasən verdiyi xəbərə görə, bu barədə Təbrizin
imamcüməsi, ayətullah Möhsün Müctəhid Şəbüstəri və Şərqi Azərbaycan
vilayətinin valisi Əhməd Əlirza Beygi birgə bəyanat yayıblar. Onlar
12-13 avqustu matəm günü elan ediblər.

Qeyd edək ki, avqustun 11-də İranda saat 16:00 radələrində episentri
Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil
və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat
Əhər, Heris və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 60 kəndin
80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə
yerlə yeksan olub.

Rəsmi rəqəmlərə görə, 300 nəfər ölüb, 5000 nəfər yaralanıb.