Qubada ucqar dağ kəndləri ilə əlaqə kəsilib - VİDEO

13 Dekabr 2013 20:13 (UTC+04:00)
Qubada ucqar dağ kəndləri olan Xaltan və Xınalığa gedən yollar güclü qar səbəbindən nəqliyyat vasitələri üzünə qapanıb.

Gecə saatlarından Quba-Xınalıq yolu artıq bağlanıb. Yolu güclü qar tutduğundan yolunun bu hissəsindən artıq üzü Xınalığa doğru getmək mümkün deyil.

Qar uçqunu nəticəsində 10-a yaxın kəndin, eləcə də, Xınalıqda yerləşən sərhəd zastavasının rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Sahə rəisi Bilal Sultanov: "Quba İspi-Xınalıq yolu hal-hazırda nəqliyyatın hərəkətinə təmamilə bağlı vəziyyətdədir. Bəzi yerlərdə qar uçqunları var. Ancaq yol örtüyünün üzərində hal-hazırda 60 sm qar var".

Bağlanmış yolu yenidən açmaq yol işçilərinə bir o qədər də asan olmadı. Şaxta yolun açılmasında istifadə edilən texnikanın işinə də mane olurdu. Yanacaq çəni donan tarktoru işlək vəziyyətə gətirmək üçün işçilər 1 saata yaxın vaxt sərf etməli oldular.

Yolun açılması üçün hazırda iş davam edir.






AzNews.az