Nasaz lift ölümə səbəb oldu

13 Dekabr 2013 20:28 (UTC+04:00)
AzNews.az -ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda 9 mərtəbəli yaşayış binasının liftində 1985-ci il təvəllüdlü Hacıyev Ceyhun Malik oğlu şaxtanın divarı ilə lift kabinəsi arasında sıxılmış vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci və 9-cu mərtəbələr arasında dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi liftin şaxtasından çıxarılmasını təmin ediblər. Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı C. Hacıyevin vəfat etdiyi müəyyən edilib. Cəsəd aidiyyəti üzrə təhvil verilib.


AzNews.az