Miqrantlara daha bir zərbə

13 Dekabr 2013 23:20 (UTC+04:00)
Rusiya Dövlət Dumasında bu gün bəyənilmiş qanun layihəsi qanusuz miqrasiyanın qarşısını alacaq. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, yeni qanun layihəsi mənzildə yaşamayanları qeydiyyata salmağı qadağan edir.

Yeni qaydalara görə, mənzildə yalnız ailə üzvlərini və yaxın qohumları qeydiyyata salmaq mümkün olacaq. Beləliklə, bazarlarda və tərəvəz bazalarındakı baraklarda gecələyən miqrantların qeydiyyata düşməsi çətinləşəcək. Qanunun tələbini yerinə yetirməyənlər isə inzibati qaydada cəzalandırılacaqlar. Həmçinin üç ilə qədər həbs də edilə bilərlər. Yoxlamalar isə qonşuların anonim zəngləri əsasında aparılacaq.

Duma üzvü Vyaçeslav Timçenko bildirib ki, yenin qanun layihəsinin məqsədi Rusiyaya qanunsuz miqrant axınının qarşısını almaqdır. Qanun Federasiya Şurası tərəfindən bəyənldikdən sonra təsdliq edilmək üçün prezidentə göndəriləcək


AzNews.az