Məşhur müğənni məhkəməyə verildi

14 Dekabr 2013 13:00 (UTC+04:00)
Müğənni Bengü məhkəməyə verilib.


Müğənninin yol qəzasında ölən şəxsi mühafizəçisi Ümid Özerin ailəsi, onun haqqında "sigortası olmadan işlədib" iddiası ilə 320 min lirəlik iddia qaldırıb.

Özerin ailəsi açdıqları iddiada, müğənni Bengüdən, sürücüsü Saleh Talat Yağlıcıdan, qəzaya səbəb olan mikroavtobusu işlədən şirkətdən və sığorta şirkətindən 320 min Türk lirəsi məbləğində maddi və mənəvi təzminat tələb edir.

Onlar iş məhkəməsində açdıqları iddia ərizəsində bildirirlər ki, sənətçi Ümid Özeri işə götürdüyü zaman sığorta etdirməyib: "Hadisədən bir gün əvvəl Bengü Ankarada konsert verdikdən sonra mühafizəçisi və sürücüsü ilə səhərə yaxın İstanbula yola çıxırlar.

Gecəni yolüstü otellərin birində qaldıqdan və sürücü istirahət etdikdən sonra yola çıxmaq ərəfəsində Bengü bəzi təhlükəsizlik tədbirlərini görməkdə tənbəllik edib".

Müğənninin bu tənbəlliyini bəhanə edən iddialılar bildirirlər ki, işəgötürən qismində Bengü, hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyır.(anspress)