“Saakaşvili həbs edilsin”- AKSİYA

14 Dekabr 2013 11:28 (UTC+04:00)
Gürcüstanda bir qrup şəxs eks-prezident Mixail Saakaşvilinin həbsi tələbi ilə aksiya keçirib.


AzNews.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, aksiya Tiflisin mərkəzində, parlamentin köhnə binası qarşısında keçirilib.

"Vətəndaş fəallığı" təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada 100 nəfər iştirak edib.

Aksiyaçılar əllərində Saakaşvilinin həbsinin tələb olunduğu plakatlar tutub. Gənclər eks-prezidentin gürcü xalqı qarşısında günahkar olduğunu vurğulayıblar.

Qeyd edək ki, Saakaşvili dəfələrlə çıxışlarında həbs ehtimalından danışıb. Keçmiş prezident bildirib ki, onun həbsi Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşması üçün əsas tələbdir.

Elnarə
AzNews.az