Arzu Səmədbəyli Milli Şuradakı təşkilatlardan danışdı

14 Dekabr 2013 17:00 (UTC+04:00)
"Bəziləri Milli Şurada fəaliyyətə son qoymaq, digərləri isə davam etdirmək fikrini söyləyirlər. Amma yekun qərarlar partiyanın seçkili orqanlarında qəbul olunur".


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəyli deyib.

"Milli Şuranın son sessiyasından Müsavatın Divanına qədərki dövürdə partiyanın şuradan çıxacağına dair qurum rəhbərliyinin açıqladığı mövqedə dəyişiklik nə ilə bağlı oldu" sualını cavablandıran A. Səmədbəyli deyin ki, məsələlərə cari fəaliyyətə, taktiki gedişlərə müxtəlif cür yanaşmaq normal haldır:

"Bu siyasi partiyalar arasında da ola bilər. Hətta partiya daxilində də belə fikir müxtəlifliyinin olması mümkündür. Partiyada hər kəs öz fikrini açıq deməli, sonda isə qərar ümumi müzakirə yolu ilə əldə olunmalıdır".

Müsavat Məclisinin sədri bildirib ki, indiyə qədər də təşkilatlar arasında da müzakirələr olub: "Elə məsələlər olub ki, eyni, bəzilərində isə fərqli mövqedən çıxış etmişik. Amma fundamental məsələlərlə bağlı aramızda heç zaman fikir ayrılığı olmayıb".

Məhəmməd
AzNews.az