Vətəndaş evində köməksiz vəziyyətdə tapıldı

15 Dekabr 2013 18:52 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri Səbail rayonunda 1930-cu il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
Xilasedicilər üçmərtəbəli yaşayış binasının damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə damdan enərək eyvandan daxil olubş və giriş qapısını açıblar.
Mənzildə köməksiz vəziyyətdə aşkarlanmış yaşlı qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


AzNews.az