BMT İraqdan Suriyaya yardım etməyə başladı

15 Dekabr 2013 20:13 (UTC+04:00)
BMT təyyarəsi İraqdan Suriyaya bazar günü humanitar yardımla çıxıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Frans Press agentliyi məlumat verir.
Təyyarə İraqın Ərbil şəhərindən Suriyanın El-Qamışlı şəhərinə gedib. Bildirilir ki, bundan əvvəl uçuş pis hava şəraiti səbəbindən bir neçə günlük təxirə salınıb.
"Növbəti günlər ərzində biz El-Qamışlı şəhərinə 400 ton ərzaq göndərəcəyik", - BMT-nin Dünya ərzaq proqramının nümayəndəsi Abir Etefa agentliyiə bildirib.

Suriyada 2011-ci ilin martından hakimiyyət və müxalifət arasında silahlı münaqişə davam edir.

Bu müddət ərzində ölkədə təxminən 100 min nəfər həlak olub. Suriya hakimiyyəti bəyan edir ki, müxalifətə xaricdən dəstək verilir.


AzNews.az