“Sirli bənövşə“nin təqdimatı olacaq

16 Dekabr 2013 11:33 (UTC+04:00)
Məhsəti Gəncəviyə həsr olunmuş "Sirli bənövşə" sənədli-bədii filmin təqdimatı olacaq.

AzNews.az xəbər verir ki, tədbir dekabrın 18-də Nizami Kino Mərkəzində baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata götə, film dövlət sifarişi əsasında "Yaddaş" sənədli filmlər studiyasınada çəkilib.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Şamil Nəzəfzadə, ssenari müəllifləri Sara Oğuz Nəzirova və Şamil Nəcəfzadədir.

Filmdə Gunnel Məmmədova, Bəhruz Vaqifoğlu, Əjdər Zeynalov, Hacıbaba Məmmədov və İlqar Musayev rol alıb.

Bahar
AzNews.az