Universitetdə bomba həyəcanı

16 Dekabr 2013 20:06 (UTC+04:00)
ABŞ-ın Harvard Universitetində bomba həyəcanı yaşanıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu informasiyanı Harvard Universitetinin saytı yayıb.

Qeyd edilir ki, ABŞ-ın Massaçusets ştatında yerləşən Harvard Universitetinin rəhbərliyi bomba həyəcanı ilə bağlı əməkdaşları və tələbələri hər 4 korpusdan evakuasiya edib.

Təcili surətdə Universitetə gələn polislər və mütəxəssislərin araşdırmasından sonra bomba informasiyasının yalan olduğu üzə çıxıb. Hazırda bu informasiyanın hansı mənbədən qaynaqlandığı araşdırılır.


AzNews.az