235 müəllim işə qəbul olundu

13 Avqust 2012 11:35 (UTC+04:00)


Azərbaycanda ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş ingilis dili imtahanının nəticələri açıqlanıb.Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, avqustun 6-10-da keçirilən imtahanların nəticələrinə görə, 235 nəfər ingilis dili müəllimi işə qəbul edilib.

Onu qeyd edək ki, bu gündən ibtidai sinif müəllimlərinin imtahanına başlanılıb. Avqustun 18-dək davam edəcək bu imtahanda 3764 nəfər namizəd 143 vakant yer üzrə biliyini sınayacaq.

İlkin
AzNews.az