Misir İsrail sərhəddində gərginlik son həddə

13 Avqust 2012 11:50 (UTC+04:00)

Israillə Misir sərhədində silahlı insident yaşanıb. AzNews.az jpost.com saytına istinadən xəbər verir ki, silahlı şəxslər Sinay yarımadasının Misirə aid hissəsində qəbilə başçısını və oğlunu qətlə yetiriblər. Verilən xəbərə görə, qəbilə başçısı Xələf Əl- Menahi və onun oğlu qəbilə başçılarının yığıncağından qayıdarkən silahlı hücuma məruz qalıblar.

Qeyd edək ki, İsrail Misir sərhədində gərginlik artıq avqustun 5-dən davam edir. Beləki, silahlı şəxslər qeyd edilən tarixdə misirli sərhədçilərə atəş açmış və 16 sərhədçini öldürüblər. Mütəxəsislər bildirirlər ki, 1973- cü il Misir- İsrail müharibəsindən sonra yaranmış ən gərgin vəziyyətdir.

Sadiq
AzNews.az