2013-cü ilin ən yaxşı futbolçuları- Siyahı

17 Dekabr 2013 13:02 (UTC+04:00)
Bu gün AFFA tərəfindən Azərbaycan milli komandalarının 2013-cü il ərzində ən yaxşı futbolçularının adları açıqlanıb.

AzNews.az-ın məlumatına görə, saat bununla bağlı keçirilən mərasimdə qadın, futzal, çimərlik və əsas milli komandalarımızın ən yaxşı oyunçuları mükafatlandırılıb.

AFFA-nın keçirdiyi sorğunun nəticəsinə görə, milli komandaların ən yaxşı futbolçuları adları aşağıda qeyd edilənlər olub?

19 yaşadək qızlardan ibarət milli komandanın ən yaxşı oyunçusu - Nigar Bəlilli

Futzal üzrə milli komandanın ən yaxşı oyunçusu - Vitali Borisov

Çimərlik futbolu üzrə milli komandanın ən yaxşı oyunçusu - Emin Kürdov

Milli komandanın ən yaxşı qapıçısı - Kamran Ağayev

Milli komandada ən çox oyun keçirən futbolçu - Rasim Ramaldanov

Milli komandanın ən yaxşı futbolçusu - Rəşad Sadıqov

AzNews.az