Tibbdə görünməmiş xəstəlik - Fotolar

13 Avqust 2012 12:12 (UTC+04:00)

ABŞ-ın Memfis şəhərində yaşayan Şanyna İsom adlı qadının hələ tibbə məlum olmayan xəstəliklə başı bəladadır. Belə ki, İsomun bədənində tük yerinə dırnaq çıxır. Şanyna dünyada ilk dəfə görülən bu xətəlik üçün 2009-cu ildən müalicə alır.

Qeyd edək ki, qadın astma problemindən sonra qəbul etdiyi dərmanlara görə belə vəziyyətə düşüb. Bu səbəbdən o nəfəsalma problemi də yaşayır. Qadın üçün yardım kampaniyaları başladılıb.

Səadət Abbaslı

AzNews.az