82 yaşlı qadının 40 illik hamiləliyi - Şok

17 Dekabr 2013 22:02 (UTC+04:00)
Kolumbiyada qarın ağrısıyla xəstəxanaya çatdırılan 82 yaşlı qadının bətnində 40 yaşında ölü körpə aşkarlanıb.

Kolumbiyanın paytaxtı Boqotada qarın ağrısı səbəbiylə Tunjuelito xəstəxanasına gedən 82 yaşlı qadını müayinə edərkən həkimlər tibb tarixində nadir görülən bir vəziyyətlə qarşılaşıb. Aparılan araşdırma nəticəsində qadının bətnində 40 il ölü dölün daşlaşaraq qaldığı bəlli olub.

Qeyd edək ki, dünyada bu günə qədər bənzər 300 hadisəyə rast gəlinib.(Axar.az)