Mehriban Əliyeva Ornella Muti ilə görüşüb - FOTO

17 Dekabr 2013 23:03 (UTC+04:00)
Dekabrın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşüb.

APA-nın verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı qonağı salamlayaraq onu Bakıda görməkdən şad olduğunu bildirib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində gördüyü işlərdən danışıb.

İtaliyada Azərbaycanın birinci xanımı ilə görüşlərini məmnunluqla xatırlayan Ornella Muti "Crystal Hall"da onun aparıcılığı ilə keçiriləcək "San-Remo festivalının ulduzları Bakıda" adlı konsert proqramı haqqında məlumat verib.

Bir il bundan əvvəl Bakıda olduğunu bildirən aktrisa şəhərin daha da gözəlləşdiyini söylədi. Ornella Muti Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edib.


AzNews.az