Hicablı olimpiyaçı

13 Avqust 2012 16:16 (UTC+04:00)


Bu mübahisəli eyni zamanda tez-tez səslənən devizi Səudiyyə Ərəbistanından olan qaçış üzrə debutant Sara Attar səsləndirilib. AzNews.az sport.utro.ru saytına istinadən xəbər verir ki, qaçış üzrə hicablı debutant atlet 800 metrlik məsafəni 2 dəqiqə 44.95 saniyəyə başa vurub və finiş xəttinə qalibdən 45 saniyə sonra çatıb.

Bununla belə tamaşaçılar onu finiş xəttində ayaqüstə alqışlara qərq ediblər. Faktiki olaraq qalibdən bir dövriyyə geri qalan Attar öz çıxışını "tarixi hadisə" adlandırıb. Maraqlısı isə odur ki, tamaşaçılar və idman mütəxəsisləri də bu fikirləri bölüşüblər.

Onlar bildiriblər ki, "doğurdan da hicabda – daha qəqiqi örtülü paltarda yüngül atletika yarışlarında iştirak çox çətindir və daha çox səy tələb edir". Qeyd edək ki, Attar yüngül atletikada ölkəsini təmsil edən ilk qadındır. Bundan əvvəl isə Voydan Şaxerkani Attar cüdo növü üzrə debut etmiş, müsəlmanlara xas hicabda görüşlərini keçirmişdi.

Sadiq
AzNews.az