Prezident İlham Əliyev iftar süfrəsinə qatılacaq

14 Avqust 2012 10:10 (UTC+04:00)


Qafqaz Müsəlmanları İdarəsi prezident İlham Əliyevin də iştirakı ilə iftar mərasimi keçirəcək. Bu barədə məlumat AzNews- a QMİ-dən verilib. İftar mərasiminə ölkəmizdəki dini icmaların rəhbərləri, xarici ölkələrin Azərbaycandaki diplomatik nümayəndəliklərinin təmsilçiləri qatılacaq.

QMİ- nin sədri, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin iqamətgahında təşkil olunacaq iftar mərasiminin avqustun 17- də keçirilməsi nəzərdə tutulur.


Kəmalə

AzNews.az