ABŞ-Rusiya-İran üçbucağı daralır

14 Avqust 2012 11:21 (UTC+04:00)


ABŞ-ın İrana qarşı birtərəfli qaydada sanksiya tətbiq etməsi Rusiyada narazılıq və narahatlıq yaradır. Bu artıq rəsmi səviyyədə hiss olunmaqdadır.

Rusiya Xarici İşlər nazirliyinin mətbuat xidmətinin təmsilçisi Mariya Zaxarovoy açıqlamasında bilidirib ki, Amerkanın sanksiyaları hər hansı rus şirkətinə tətbiq olunarsa iki ölkə arasındakı münasibətlərə xələl gələcək: "Bu cür sanksiyalar beynəlxalq hüquqa ziddir və danışıqlar prosesinə, o cümlədən "altılığın" fəaliyyətinə mane olur. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, rusiyanı narahat edən sanksiyaların yeni dalğasıdır.


Belə ki, ABŞ sanksiyaların əhatə dairəsini genişləndirərək sırf İran deyil, bu ölkə ilə iqtisadi əlaqədə olan şirkət və dövlətləri də hədəf almaq niyyətindədir. Bu cür şirkətlərin bank hesablarının dondurulmasından başlayaraq ABŞ-da və onun təsir dairəsində olan ölkələrdə fəaliyyətinə məhdudiyyətlər qoyula bilər.

Sadiq

AzNews.az