Bu gecə diqqətli olun!

14 Avqust 2012 12:28 (UTC+04:00)


Bu gecə müsəlmanların müqəddəs gecəsi sayılan Qədir gecəsi qeyd olunacaq. Əl-Qədr surəsində "Qədr gecəsi min aydan daha xeyirlidir" deyilir. Min ay isə səksən üç il dörd aylıq bir müddətə bərabərdir. İnanca görə, müqəddəs kitabımız "Qurani-Kərim" məhz bu gecə nazil olub.

Elə buna görə də bu gecə müsəlmanlar üçün böyük önəm kəsb edir.

Çünki bu gecədə kim Qədir gecəsinin fəzilətinə inanaraq və qazanacağı savabı Allahdan umaraq ibadətlə keçirsə, keçmiş günahlarının bağışlanılmasına nail ola bilər. Qafqaz müsəlmanları İdarəsinin mətbuat xidmətindən AzNews.az saytına bildiriblər ki, Qədir gecəsi əsasən Ramazan ayının son 10 günlüyünün tək günlərə təsadüf edir: "Elə bu gün də Qədir gecəsini qeyd ediləcək".

Bahadur Qobustan

AzNews.az