İlqar Məmmədov: “Biz niyə o quruma qoşulmalıyıq?”

14 Avqust 2012 12:31 (UTC+04:00)



"Prezident seçkilərinə ciddi hazırlaşırıq. Amma prosesdə namizədlə çıxış edib-etməyəcəyimiz bu ilin sonunda bəlli olacaq".

Bu sözləri AzNews.az-a "Real" Vətəndaş Hərəkatının rəhbəri İlqar Məmmədov deyib. O, İctimai Palataya qoşulmamasına da aydınlq gətirib: "Bizim hərəkatın özünəməxsus mövqeyi var.


Mövqeyimizi ifadə etmişik və bunu ardıcıl olaraq cəmiyyətə çatdırırıq. İctimai Palatanın da özünün mövqeyi var. Biz niyə o quruma qoşulmalıyıq? Hərəkatın İctimai Palataya qoşulmaq fikri yoxdur".


İlkin

AzNews.az