Şadlıq evləri nəzarətə götürüldü

14 Avqust 2012 12:48 (UTC+04:00)


Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ərzaq mağazalarında və şadlıq evlərində olan məhsulların monitorinqinə başlayıb.

Bu barədə AzNews.az-a RGEM-nin Qidalanma bölməsinin müdiri İmran Abdullayev məlumat verib. İlk olaraq, ərzaq mağazalarında süd və süd məhsulları yoxlanacaq. Monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılır.

Analizlərin aparılması üçün həmin məhsullardan 100-ə qədər nümunə götürülüb. Yoxlamaların yaxın bir neçə həftə ərzində başa çatacağı planlaşdırılır.

İ.Abdullayev şadlıq evlərində hazırlanan qida məhsullarından müayinələr üçün nümunələrin götürüldüyünü də bildirdi. Monitorinqin nəticələri sentyabrın 25-də ictimaiyyətə açıqlanacaq.


Müşfiq

Az. News.az