İrandan dünya mətbuatına ittiham

14 Avqust 2012 14:45 (UTC+04:00)



İran beynəlxalq mətbuatı S300 zenit raket kompleksləri ilə bağlı məsələni həddən artıq və məqsədyönlü şəkildə şişirtməkdə ittiham edib. AzNews.az en.rian.ru saytına istinadən xəbər verir ki, bu bəyanatla İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst çıxış edib.

O, bildirib ki, S300 ətrafında yaranmış məsələnin beynəlxalq mətbuatda şişirdilməsinin arxasında çirkin niyyətlər durur. "Qəsdən və məqsədyönlü şəkildə İran-Rusiya münasibətlətini korlamağa çalışırlar".

O, həmçinin yazılanların həqiqəti əks etdirmədiyini də dilə gətirib və əlavə edib ki, "biz sadəcə mövcud olan müqavilənin yerinə yetirilməsini istəyirik". Qeyd edək ki, İranla Rusiya arasında S300 raket kompleksləri ilə bağlı müqavilə 2007-ci ildə imzalanıb və bu günə kimi icra olunmayıb. Rusiya tərəfi isə texniki səbəblərlə müqavilənin icrasını gecikdirir.


Sadiq

AzNews.az