Deflyasiya müşahidə olunur

14 Avqust 2012 15:22 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə son dörd ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunmaqdadır.


İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.4 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə iyun ayının səviyyəsində qalıb.

Eyni zamanda qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.6 faiz bahalaşıb.


Müşfiq

Az.News.az