Dağıntılar altından 2 nəfər sağ çıxarıldı

14 Avqust 2012 16:23 (UTC+04:00)

İranda baş verən yeraltı təkanların dağıntıları altından sağ qalma ehtimalı olan insanların axtarışı öz bəhrəsini verib. Bu gün xilasedicilər 2 nəfəri uçqunlar altından sağ çıxarmağa nail olublar.


AzNews.az iran.ru saytına istinadən xəbər verir ki, hər iki şəxsin səhhəti ilə bağlı hər hansı problem yoxdur. Bununla belə xilas edilən şəxslərin yaşı və cinsi ilə bağlı məlumat verilməyib. Qeyd edək ki, rəsmi məlumata görə, 306 nəfər yeraltı təkanların qurbanı olub.


Sadiq

AzNews.az