Suriya Annanın varisini elan etdi

14 Avqust 2012 20:18 (UTC+04:00)


Rəsmi Dəməşq BMT və Ərəb Liqasının Suriya üzrə sülhməramlı missyasına Əlcəzairin keçmiş xarici işlər naziri Laxdar İbrahimi rəhbər təyin edib. AzNews.az xəbər verir ki, bu məlumatı Suriyanın "Əl-Ain" İnformasiya Agentliyi ölkənin XİN-dəki adı çəkilməyən mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, Laxdar İbrahimi bu posta ən şanslı namizəd sayılırdı. O, uzun müddət siyasi fəaliyyətlə məşğul olub, Əlcəzairin keçmiş xarici işlər naziri vəzifəsində çalışıb.
Son günlərə kimi bu missiyanı Kofi Annan icra edirdi.


AzNews.az