Zəlzələ ilə bağlı gizli məruzə hazırlandı

15 Avqust 2012 11:53 (UTC+04:00)


İran parlamentinin spikeri Əli Laricani zəlzələ bölgəsinə gedərək səfərin nəticələri barədə parlamentə gizli məruzə hazırlayıb. Məruzədə nədən bəhs edildiyi barədə hələlik məlumat verilməsə də, Laricani artıq ilk çıxışlarını edıb.

Ə.Laricanı yardım əməliyyatlarının nisbətən yaxşılaşdığını, bəzi bölgədə çadır problemlərinin həll olunduğunu bildirib. O həmçinin ərazinin coğrafi mövqeyinin nəzərə alınaraq tikintinin sürətləndirilməsini vacib hesab edib.


Alpər

AzNews.az