Bakının mərkəzində kütləvi dava - FOTO

1 Yanvar 2014 00:40 (UTC+04:00)
Milli Parkda Yeni il şənlikləri başa çatandan sonra "Sahil" metro-stansiyasının qarşısında həyəcanlı anlar yaşanıb.

Belə ki, metroya daxil olmaq istəyən insan axını basabasa səbəb olub. Nəticədə vətəndaşlar arasında qarşıdurma yaranıb. Baş verən bu qarşıdurma dava-dalaşla müşayiət olunub. Vəziyyətin getdikcə gərginləşdiyini görən polis hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Bəzi şəxslər saxlanılıb və sonradan sərbəst buraxılıb.

(Axar.az)