Qaradağda avtoqəza: 4 nəfər öldü
1 Yanvar 2014 08:00 (UTC+04:00)
Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
VAZ-2105 avtomoboli Dövlət Yol Polisinin postuna yüksək sürətlə daxil olub. Qəzada 4 nəfər həlak olub. İlkin məlumata görə, hadisəni törədən sürücü sərxoş olub və avtomobili 160-180 km/saat sürətlə idarə edib.
Avtomobildə 3 nəfər vardı. Dövlət Yol Polisinin əməkdaşı maşını saxlamağa çalışsa da, avtomobili idarə edən sərxoş sürücü göstərişə məhəl qoymayıb, sürəti daha da artırıb.
DYP əməkdaşları postda avtomobilin qarşısını kəsmək istəyəndə VAZ-2105 yüksək sürətlə posta girib.
Zərbə nəticəsində maşın ikiyə bölünüb. Qəzada avtomobildəki 3 sərnişin, habelə Ümid qəsəbəsinin sakini həlak olublar.(milli.az)