“Volkswagen“ qaz boru xəttinə çırpıldı, yaralanan var

1 Yanvar 2014 08:50 (UTC+04:00)
Lənkəran rayonu, Cil kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə minik avtomobilinin yanar hissəlləri yanıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin bədən xəsarətləri ilə
yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən çıxarılaraq Təcili Yardım Xidmətinə təhvil verilib.


AzNews.az